Xəbər lenti

İdman 09:58 24.04.2024

Samir Abasov Barselonada

"Sumqayıt"ın baş məşqçisi Samir Abasov İspaniyada təcrübəyə yollanıb.
 
Qaynarinfo-nun məlumatına görə, bir neçə gün öncə Madridə yollanan mütəxəssis əvvəlcə burada "Real" və "Barselona" arasındakı "El-Klasiko"nu izləyib. Növbəti gün Barselonaya yola düşən baş məşqçi burada bir həftəlik təcrübə keçəcək. "Barselona"nın məşqlərini izləyən Abasov Kataloniya təmsilçisinin məşqçisi Oskar Hernandez və bəzi yerli mütəxəssislərlə bir araya gəlib, fikir mübadiləsi aparıb. Təcrübə proqramının sonunda onun "Barselona"nın baş məşqçisi Xavi Hernandezlə də görüşü nəzərdə tutulub. 
 
Bu səfərdə Abasovu komandanın fiziki hazırlıq üzrə məşqçisi Gerard Martinez müşayiət edir.
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->