XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Kobudluğa necə reaksiya verməli? - Üstünlük qazandıracaq 3 sadə ifadə
Dünya23:53 30.08.2026

Kobudluğa necə reaksiya verməli? - Üstünlük qazandıracaq 3 sadə ifadə

Kimsə birbaşa üzünüzə təhqiramiz söz dedikdə, necə cavab verəcəyinizi və hansı reaksiyanı göstərəcəyinizi bilməyə bilərsiniz. Lakin psixoloqlar hesab edirlər ki, hörmətsizliyə dərhal son qoymaq və insanların sizinlə belə davranmasına imkan verməmək vacibdir.

Qaynarinfo xəbər verir ki, “YourTango”nun yazdığına görə, hətta münaqişələrdən çəkinirsinizsə belə, söhbət zamanı nəzarəti yenidən ələ almaq və başqalarına sizinlə necə davranmalı olduqlarını göstərmək üçün istifadə edə biləcəyiniz üç sadə ifadə var.

1. “Bağışlayın, təkrar edə bilərsiniz?”

Hörmətsizlik edən şəxsdən dediklərini təkrarlamasını istəmək ona iki seçim verir: ya sözlərini təkrarlamaq, ya da dediklərini izah etmək. Əgər o, sözlərini təkrarlayırsa, deməli, kobud ifadəni həqiqətən nəzərdə tutub və məsuliyyəti üzərinə götürür.

Lakin insanın dediklərini nəzərdə tutmadığı və ya fikrini düzgün ifadə etmədiyini anladığı ehtimalı varsa, bu ifadə ona geri addım atmaq imkanı verir. Bəzən sadəcə dediklərini təkrarlamasını istəmək həmin şəxsin səhv etdiyini anlaması üçün kifayət edir.

2. “Məni təhqir etmək istəyirdiniz?”

Əgər qarşı tərəfin dediklərini həqiqətən nəzərdə tutduğuna əmin olmusunuzsa, bu ifadə ilə onun sözlərini hörmətsiz hesab etdiyinizi bildirirsiniz. Bu, həmin şəxsə niyə hörmətsiz davrandığını izah etmək və ya sizin onun sözlərini yanlış anladığınızı söyləmək imkanı verir.

Ekspertlərin sözlərinə görə, insanlar bəzən utanc, müdafiə reaksiyası və ya narahatlıq səbəbindən bilərəkdən kobud ifadələr işlədə bilərlər. Buna görə də həmsöhbətinizin niyə təhqiramiz sözlər söylədiyini müəyyənləşdirmək vacibdir.

3. “Sizin hər şeyiniz qaydasındadır?”

Alternativ ifadə: “Bu, sizə xas olmayan bir davranışdır”.

Beləliklə, problemin bütövlükdə həmin şəxsin özündə deyil, onun söylədiyi kobud sözlərdə olduğunu vurğulayırsınız.

Bu sual sizə mənəvi üstünlük qazandırır, çünki qarşı tərəfə qayğı göstərdiyiniz aydın olur. Siz onunla bağlı nə baş verdiyini soruşursunuz, çünki o, açıq şəkildə özünə xas olmayan şəkildə davranır.

Aydın