XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Nepaldakı daşqınlarda ölənlərin sayı 900-ü keçdi
Dünya09:48 31.08.2026

Nepaldakı daşqınlarda ölənlərin sayı 900-ü keçdi

Ötən həftə Nepalın şimal rayonlarında baş verən daşqın nəticəsində 900-dən çox insan həlak olub.

Qaynarinfo xəbər verir ki, bu barədə ölkənin Fəlakət Risklərinin Azaldılması və Fəsadların Aradan Qaldırılması üzrə Milli İdarəsi məlumat yayıb.

“903 həlak olan şəxsin cəsədi tapılıb”, deyə qurumun hesabatında bildirilir.

10 461 nəfəri xilas etmək mümkün olub. Hazırda təxminən 4,2 min nəfər itkin düşmüş hesab olunur. Onların arasında 592 xarici vətəndaş var. Hidroenergetika obyektlərində çalışan ən azı 933 işçinin tunellərdə bloklandığı ehtimal edilir.

Avqustun 30-da Nepalda baş verən daşqından sonra itkin düşən Rusiya vətəndaşlarının sayının doqquza çatdığı məlum olub.

Avqustun 26-da səhər saatlarında Nepalda qəfil güclü daşqın baş verib. Buna Tibet ərazisində baş verən zəlzələ və sürüşmə nəticəsində Lhende çayının məcrasının bağlanması səbəb olub. Çayın qarşısının yarılması Bhote-Kosi çayında suyun səviyyəsinin kəskin yüksəlməsinə gətirib çıxarıb.

Son məlumatlara görə, ümumilikdə təxminən 2 min nəfər itkin düşmüş hesab olunur və onların əksəriyyəti xarici vətəndaşlardır. Nepalın maliyyə naziri Svarnim Vaqlenin sözlərinə görə, daşqının nəticələrinin aradan qaldırılması üçün ölkəyə təxminən 4-5 milyard dollar lazım olacaq.

Aydın