Xəbər lenti

İdman 23:10 11.09.2023

Son Henq-Min pərəstişkarının “İPhone” təklifini qəbul etmədi (VİDEO)

"Tottenhem”in ulduzu Son Henq-Min pərəstişkarlarından birinin təklifi qarşısında mçətin vəziyyətə düşüb.

Qaynarinfo-nun məlumatına görə, futbolçu onunla şəkil çəkdirmək istəyən azarkeşin "İPhone”nu əlində tutmaqdan imtina edib. "TikTok”da yayımlanan bir videoda futbolçunun pərəstişkarlarından birinin ona uzatdığı "İPhone” ilə şəkil çəkmək istəməyib. Əvəzində bunu həmin azarkeşin etməsini istəyib. Ancaq başqa bir azarkeş tərəfindən ona uzadılan "Samsung” markalı telefonu qəbul edərək onun adı yazılan "Tottenhem” formasını geyinmiş azarkeşlə fotosunu çəkib. 

Sonun bu addımı atmasına səbəb onun sponsorluq müqaviləsi olub. Futbolçu Cənubi Koreya istehsalı olan məşhur "Samsung”un marka elçisi kimi onun rəqib bir şirkətə məxsus məhsulla şəkil çəkdirməsi qadağandır. O, həmçinin tərəfdarların istifadə etdiyi rəqib şirkətlərin məhsullarına da toxuna bilməz. Son bu yayın əvvəlində "Samsung”la sponsorluq müqaviləsi imzalamışdı. O, şirkətlə əlaqə qurduğundan bəri şəxsi sosial şəbəkə səhifələrində "Samsung”un məhsullarını tanıdır. O, şirkətin istehsal etdiyi televizor, soyuducu, saat və telefon kimi məhsulları reklam edir. 

Cənubi Koreyada şirkətlər tərəfindən məhsullarının reklamlıarı üçün müraciət olunan ən yaxşı idmançıdır. O, daha əvvəl "Calvin Klein”, "Burberry”, "Gatorade” və sığorta şirkəti olan "AİA Singapore” kimi markalarla da əməkdaşlıq edib.


Səbuhi Həsənov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?