Xəbər lenti

Siyasət 15:50 19.01.2024

Sülh müqaviləsi üzrə danışıqlar: Tərəflərin mövqeyi nədir? (ŞƏRH)

"Ermənistanın mövqeyi hələ də formalaşıb, başa çatmayıb. İrəvanda müxtəlif dövrlərdə məsələ ilə bağlı müxtəlif fikirlər səslənir".
 
Bunu Qaynarinfo-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın Ermənistan baş nazirinin müavini Mher Qriqoryanla apardığı müzakirələri şərh edərkən deyib.

Tofiq Zülfüqarov bildirib ki, ermənilər ərazi bütövlüyülə bağlı təxminən 4 müxtəlif variantı bəyan ediblər:

"Paşinyanın mövzu ilə bağlı səsləndirdiyi elə bir mövqeyi olmayıb. Ermənistanın xəstə "Artsax" məfhumu əvvəllər keçmiş DQMV, həm də digər işğal olunmuş ərazilərimizi əhatə edirdi. Digər tərəfdən, Ermənistan Konstitusiyasının müstəqillik haqqında bəyanaməsində keçmiş DQMV-nin işğalı da əks olunub. Ardınca, İrəvan 1991-ci ilin Alma-Ata deklorasiyasını tanıdıqlarını bildirib. Amma buna rəğmən sabiq prezident Ter-Petrosyanın zamanında həmin deklorasiyaya 10-a yaxın düzəliş ediblər. Paşinyan da onu təkrarlayıb. Sonradan 1975-ci ilin xəritələrini gündəmə gətirdilər".



Ekspert hesab edir ki, Ermənistanın ərazi bütövlüyü barədə konkret fikir bildirmir.

"Çünki qonşularına ərazi iddiası irəli sürən ölkə avtomatik olaraq köhnə sərhədlərini ləğv edir. Postkonflikt dövrünün əsas məsələsi delimitasiya və demarkasiya prosesindən başqa, sərhədin əsas xəttinin müəyyən edilməsilə də bağlıdır. Burada da müxtəlif baxışlar var. Ermənistan 1975-ci ilin xəritəsini əsas götürür. Azərbaycan isə müxtəlif xəritələrin müxtəlif sahələrə aid ola biləcəyini deyib. Onu da unutmayaq ki, sovet dövründə Azərbaycan torpaqları hesabına Ermənistan ərazisi 3 dəfə böyüdülüb. Bu əsasda hesab edirəm ki, istər-istəməz danışıqlar bu müstəvidə aparılmalıdır”, deyə Tofiq Zülfüqarov vurğulayıb. 

Qeyd edək ki, Ermənistan hökumətinin məlumatına görə, Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ermənistan baş nazirinin müavini Mher Qriqoryanla regional prosesləri müzakirə edib. Tərəflər Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyasının hüquqi əsasları ilə bağlı müzakirə aparıblar. Həmçinin Ermənistanın "Sülh kəsişməsi” layihəsi, regionda nəqliyyat və kommunikasıyaların bərpası ətrafında da fikir mübadiləsi aparılıb. 

Rüfət Sultan


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->