Xəbər lenti

İdman 12:22 12.01.2024

"Tottenhem"dən 25 milyonluq transfer

İngiltərə Premyer Liqa təmsilçisi "Tottenhem" İtaliyanın "Cenoa" komandasından rumıniyalı müdafiəçi Radu Draquşini heyətinə qatıb.

Qaynarinfo-nun məlumatına görə, ingilislər 21 yaşlı müdafiəçi ilə 2030-cu ilə qədər müqavilə imzalandığını açıqlayıb. Ölkə mətbuatında transferin 25 milyon funt-sterlinqə başa gəldiyi iddia olunub. 

"Yuventus"un infrastrukturunda böyüyən Draquşin "Sampdoria" və "Salernitana"da çıxış etdikdən sonra 2023-cü ildə "Cenoa" ilə müqavilə imzalayıb.

Rumıniya millisində də 13 dəfə forma geyinən gənc futbolçu bu mövsüm "Cenoa”nın heyətində meydana çıxdığı 22 oyunda iki qol vurub.

Səbuhi Həsənov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?