İdman 20:33 24.03.2023

"Turan Tovuz" kapitanla müqavilə yenilədi

"Turan Tovuz” kapitanı Şəhriyar Əliyevlə müqavilə müddətini yeniləyib.
 
Qaynarinfo-nun məlumatına görə bu barədə klubun mətbuat xidmətindən bildirilib. Müdafiəçi ilə yeni müqavilə növbəti 1 ili əhatə edəcək. Bu da o anlama gəlir ki, təcrübəli müdafiəçi 2023/24-cü illər mövsümünün sonunadək Tovuz təmsilçisinin şərəfini qoruyacaq.
 
Şəhriyar yeni müqavilə ilə bağlı klubun mətbuat xidmətinə açıqlama da verib. O "Turan Tovuz"da oynadığına görə çox xoşbəxt olduğunu bildirib:
 
"Peşəkar rəhbərlik və baş məşqçi, eləcə də komanda ilə nəfəs alan azarkeş amilinə görə buraya ilk gəldiyimdə də tərəddüd etməmişdim. Fikrimcə qısa müddət ərzində özümüz haqqında müsbət fikir formalaşdıra bilmişik. Mövsümün sonuna hələ xeyli oyun var, mümkün qədər çox xal toplamağa çalışacağıq.  Kubokda da mübarizəmizi davam etdiririk. Daha bir il burada olacağıma görə xoşbəxtəm. Ümid edirəm ki, çıxışımızla azarkeşlərimizi sevindirəcəyik və uzun müddət bu formanı geyinmək, bu forma altında uğurlar qazanmaq mənə nəsib olacaq”.
 
Əliyev cari mövsümün əvvəlindən etibarən bölgə klubunda çıxış edir.
 
Səbuhi Həsənov