Xəbər lenti

Türkiyə ordusunun iki hərbçisi şəhid oldu
Dünya 19:33 11.06.2023

Türkiyə ordusunun iki hərbçisi şəhid oldu

İraqın şimalında həyata keçirilən "Pence Kilit” əməliyyat zonasında Türkiyə ordusunun iki hərbçisi şəhid olub.

Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, iyunun 11-də separatçı terror təşkilatı üzvlərinin "Pəncə-Kilit” əməliyyatı bölgəsinə yerləşdirdiyi əldəqayırma partlayıcının partlaması nəticəsində çavuş Cem Ahmet Kaya və Xəlil Şahin yaralanıb və dərhal xəstəxanaya çatdırılıblar. Müalicə olunduqları xəstəxanada edilən bütün müdaxilələrə baxmayaraq onların həyatını xilas etmək mümkün olmayıb.

Nazirlik hərbçilərə rəhmət diləyib, ailələrinə, Türkiyə ordusuna və xalqına başsağlığı verib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->