İstanbulda inflyasiya 94,19% ilə son 24 ilin ən yüksək səviyyəsinə çatıb.
Qaynarinfo bu barədə "birgun.net" saytına istinadən xəbər
verir.
İstanbul Ticarət Palatası bu gün cümə (1 iyul) inflyasiyanın son bir ayda 4 faizə çatdığını və ötən illə müqayisədə inflyasiya səviyyəsinin 94,19 olduğunu açıqlayıb.
Buna əsasən, bu ayda topdansatışda inflyasiya 8,17%, pərakəndə satışda isə 4,03% təşkil edib.
Qeyd edikir ki, mayın əvvəlində Türkiyə Mərkəzi Bankı bu ölkədə illik inflyasiyanın iyun ayına 70%-ə çatacağını, daha sonra bu ilin sonuna kimi 43%-ə düşəcəyini və sonuna qədər tək rəqəmə çevriləcəyini proqnozlaşdırmışdı.
M.Arif
Şərhlər