Texnologiya 15:00 04.05.2022

“Twitter”də yenilik - Ödəniş olacaq

"Twitter" kommersiya və hökumət üzvlərindən kiçik məbləğ ödəniş tələb edəcək. 

Qaynarinfo "Reuters”ə istinadən xəbər verir ki, bu barədə sosial şəbəkənin yeni sahibi İlon Mask deyib.

"Twitter" adi istifadəçilər üçün həmişə pulsuz olacaq, ancaq kommersiya və hökumət istifadəçiləri üçün kiçik ödəniş ola bilər”, deyə Mask "Twitter" profilində yazıb. 

"Biraz gəlir onun heç olmamasından daha yaxşıdır”, deyə o növbəti "tvit"ində qeyd edib.

"Reuters" xəbər verir ki, Mask həmçinin keçən həftə vacib və çox yayılan "tvit"lərdən pul qazanmağın yollarını inkişaf etdirəcəyini deyib. 

Qeyd edək ki, Mask "Twitter"i 44 milyon dollara alandan sonra sosial medianı yeni özəlliklərlə gücləndirmək, alqoritmləri açıq mənbə etməklə güvəni artırmaq, spam botları ləğv etməyi və bütün "Twitter" istifadəçilərini təsdiqləməyi istədiyini bildirib. 

Nurlan