Ukrayna müdafiəçiləri artıq 37 mindən çox rus işğalçısını məhv ediblər.
Qaynarinfo Unian-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının yeni xülasəsində deyilir.
Belə ki, fevralın 24-dən düşmənin itkiləri 37,2 min nəfərə yaxın olub, onlardan 300-ü son 24 saat ərzində məhv edilib.
Bundan əlavə, düşmən itkiləri bunlardır:
tanklar - 1638 (+1) ədəd;
zirehli döyüş maşınları - 3815 (+4) ədəd;
artilleriya sistemləri - 832 (+4) ədəd;
MLRS - 247 ədəd;
hava hücumundan müdafiə sistemləri -108 (+1) ədəd;
təyyarə - 217 ədəd;
helikopterlər - 187 ədəd;
əməliyyat-taktiki səviyyəli PUA-lar - 674 (+5) ədəd;
qanadlı raketlər - 155 ədəd;
gəmilər/qayıqlar - 15 ədəd;
avtomobil avadanlığı və sisternlər - 2687 (+2) ədəd;
xüsusi avadanlıq - 66 ədəd.
"Düşmən Kramatorsk istiqamətində daha böyük itkilər verib. Məlumat dəqiqləşdirilir", - Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı qeyd edib.
UNİAN xatırladır ki, Rusiya prezidenti Vladimir Putin bu ərəfədə deyib: "Biz artıq çox eşitmişik ki, Qərb bizimlə son ukraynalıya qədər vuruşmaq istəyir. Bu, Ukrayna xalqı üçün faciədir. Amma deyəsən, hər şey buna doğru gedir. Amma hamı bilməlidir ki, biz hələ ciddi bir şeyə başlamamışıq”.
Daha sonra onun mətbuat katibi Dmitri Peskov bildirib ki, prezident "Rusiyanın potensialı çox böyükdür” və "hazırda onun yalnız kiçik bir hissəsi Ukraynaya qarşı müharibədə iştirak edir” demək istəyir.
Böyük Britaniyanın Müdafiə Nazirliyi isə kəşfiyyat məlumatlarına istinadən bildirir ki, Kremlin bu açıqlamalarına baxmayaraq, Rusiya qüvvələri artıq köhnəlmiş və ya uyğun olmayan avadanlıqlardan istifadə etməklə hərəkət edir.
Alpər
Şərhlər