Xəbər lenti

Dünya 20:35 22.01.2023

Volodin yenə dünyanı hədələdi, "dəhşətli müharibə" anonsu verdi

Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin yenidən dünyanı hədələyib.

Qaynarinfo xəbər verir ki, spiker "Telegram" hesabında Kiyevə hücum silahları veriləcəyi halda "cavab tədbirlərinin daha ağır" olacağını bildirib.

"Kiyev rejiminə hücum silahlarının çatdırılması qlobal fəlakətə gətirib çıxaracaq.

Əgər Vaşinqton və NATO ölkələri təhdid etdikləri kimi mülki şəhərlərə zərbələr endirmək və ərazilərimizi ələ keçirməyə cəhd etmək üçün istifadə olunacaq silahları tədarük etsələr, bu, daha güclü silahlardan istifadə etməklə cavab tədbirlərinə səbəb olacaq.

Konqres üzvləri, Bundestaqın, Fransa Milli Assambleyasının və digər Avropa parlamentlərinin deputatları bəşəriyyət qarşısında məsuliyyətlərini dərk etməlidirlər.

Vaşinqton və Brüssel öz qərarları ilə dünyanı dəhşətli müharibəyə sürükləyirlər: zərbələr yalnız Kiyev rejiminin istifadə etdiyi hərbi və mühüm infrastruktur obyektlərinə endirilən bugünkündən tamamilə fərqli hərbi əməliyyata aparır.

Rusiya silahlarının texnoloji üstünlüyünü nəzərə alaraq, belə qərarlar qəbul edən xarici siyasətçilər başa düşməlidirlər ki, bu, onların ölkələrini məhv edəcək qlobal faciə ilə nəticələnə bilər.

Nüvə güclərinin əvvəllər yerli münaqişələrdə kütləvi qırğın silahlarından istifadə etmədiyinə dair arqumentlər əsassızdır. Çünki bu dövlətlər öz vətəndaşlarının təhlükəsizliyinə və ölkənin ərazi bütövlüyünə təhlükə olan vəziyyətlə üzləşməyiblər".

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->