Xəbər lenti

Xlopotov: “Nə Moskva, nə də Tehran ermənilərə görə Bakı ilə pozuluşmayacaq”
Siyasət 22:43 19.09.2023

Xlopotov: “Nə Moskva, nə də Tehran ermənilərə görə Bakı ilə pozuluşmayacaq”

"Mən dəfələrlə demişəm ki, Qarabağda döyüşlər davam edəcək. Başqa bir şey odur ki, mən onları Rusiya sülhməramlılarının mandatının sonuna yaxın gözləyirdim, amma vəziyyət bir qədər fərqlidir. Bu, silahlı separatçıların nə olursa-olsun Qarabağda vəziyyəti aktiv şəkildə gərginləşdirməkdə davam etməsi, eləcə də 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatdan irəli gələn öhdəlikləri unudan İrəvanın bu məsələdə tam razılığı ilə bağlıdır”.

Qaynarinfo xəbər verir ki, bunu rusiyalı hərbi ekspert Aleksey Xlopotov Caliber.az-ın müxbiri ilə söhbətində Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ bölgəsində lokal antiterror tədbirlərini şərh edərkən deyib .

Xlopotovun sözlərinə görə, Bakı özünün suveren ərazisində separatçılarla məsələni nəhayət həll etmək üçün regionda nizam-intizam yaradır.

Mənim azərbaycanlılarla bağlı  proqnozum çox ürəkaçandır. Düşünürəm ki, bu hadisələr nəticəsində Qarabağdakı separatçı rejim mövcudluğuna son verəcək. Qarabağ erməni təsirindən tamamilə təmizlənəcək”, - ekspet bildirib.

Bundan başqa o, Azərbaycanla müharibəyə qarışmayacaq İrana diqqət çəkib.

"Çünki bu, Tehranın özü üçün təhlükəlidir - Türkiyə ilə mübahisə etmək onun üçün sərfəli deyil, həm də ABŞ-ın reaksiyasından qorxur. Çünki Vaşinqtona son vaxtlar bütün bəyanatlara və ermənilərlə birgə təlimlərə baxmayaraq, Azərbaycanın maraqları qlobal mənada Ermənistanın maraqlarından daha yaxındır. Məncə, burada söhbət ondan ibarətdir ki, ABŞ Bakının ziyanına deyil, daha çox Rusiyanın acığına Paşinyanla "şirinlik” edir.

Rusiyaya gəlincə, Ermənistanla müttəfiqlik münasibətlərinə baxmayaraq, Azərbaycanla münasibətlər nəzərəçarpacaq dərəcədə Moskvaya yaxındır. Ermənistandan Rusiyaya böyük həcmdə boz idxalın böyük axınına baxmayaraq, sanksiyaların yükünü yüngülləşdirsə də, Azərbaycan Rusiya üçün neft-qaz kompleksi kimi həssas sahədə, o cümlədən neft və qazın qiymətlərinin formalaşmasında daha vacib tərəfdaşdır. Bundan əlavə, Azərbaycan Türkiyənin müttəfiqidir və ölkə ümumilikdə kifayət qədər perspektivli və zəngindir, ona görə də Moskva Ermənistanın maraqlarına görə Bakı ilə münasibətləri korlamayacaq. Qlobal miqyasa gəlincə, Azərbaycan heç bir şeyi pozmadan beynəlxalq qanunlar və qaydalar çərçivəsində hərəkət edir, üstəlik, uşaqlar, əgər siz genişmiqyaslı müharibə aparırsınızsa, öz ərazisində antiterror əməliyyatı keçirdiyinə görə qonşunuzu qınamaq təkəbbür və sinizmin zirvəsi olardı.

Mən başa düşürəm ki, Fransa və Ermənistanın bəzi digər avropalı müttəfiqləri yəqin ki, meydana çıxacaqlar, amma ciddi nəticələr, sanksiyalar, məsələn, Azərbaycanı ciddi şəkildə təhdid etməyəcək. Aydındır ki, Paşinyan öz rus lobbiçilərinə şikayət etmək üçün qaçacaq, Fransa və ABŞ-a müraciət edəcək və artıq bunu edir, amma yenə də təkrar edirəm - düşünürəm ki, yaxın günlərdə baş verənlərə dünyanın reaksiyası çox təmkinli olacaq”, - Xlopotov deyib.
Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->