Avropa İttifaqının baş diplomatı Kaya Kallas bildirib ki, Yaxın Şərqdə baş verən döyüşlər Ukraynanın Rusiya təcavüzünə qarşı müqavimət göstərmək imkanlarını zəiflədə bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə "Politico" yazır.
Kallasın sözlərinə görə, İran münaqişəsi Ukrayna müharibəsinə açıq təsir göstərir. Regionda baş verən hərbi əməliyyatlar qlobal hava hücumundan müdafiə sistemlərinin, o cümlədən dronları ələ keçirmək üçün nəzərdə tutulmuş vasitələrin ehtiyatlarını tükədir.
"İndi Ukraynanın ehtiyacı olan hava hücumundan müdafiə vasitələri Yaxın Şərqə yönəlir. Təchizat zəncirlərində də problem var… Bu vasitələr həm Ukraynaya, həm də Yaxın Şərq ölkələrinə lazımdır”, deyə Kallas izah edib.
Hazırda Fars körfəzi ölkələri İranın hücumlarını dəf etmək üçün hava hücumundan müdafiə ehtiyatlarını istifadə edir.
Bundan əlavə, Kallas qeyd edib ki, Yaxın Şərqdəki münaqişənin neft qiymətlərinin artmasına səbəb olması Moskvanın xeyrinə işləyə bilər. Bu isə Rusiya üçün Ukraynaya qarşı müharibəni maliyyələşdirmək baxımından üstünlük yaradır.
"Buna görə də biz dəniz xidmətlərinə qadağa qoyulması üçün qətiyyətlə çalışmalıyıq ki, Rusiya üçün kölgə flotu və neft gəlirləri məhdudlaşdırılsın”, deyə Kallas Rusiyaya qarşı yeni sanksiya paketindən danışarkən vurğulayıb.
Kallas həmçinin bildirib ki, Ukrayna müharibə dövründə əldə etdiyi təcrübəyə əsaslanaraq Fars körfəzi ölkələrinə dron hücumlarına qarşı müdafiədə yardım edə bilər, çünki Ukrayna dronları ələ keçirmək və onlardan müdafiə sistemlərini hazırlayıb.
Aydın
Şərhlər