Dominikan Respublikasının nümayəndəsi Coheyerri Mola Dominqes Vyetnamın kurort şəhəri Nyaçanqda keçirilən "Miss World – 2026" beynəlxalq gözəllik müsabiqəsinin qalibi olub.
Qaynarinfo-nun məlumatına görə, ikinci və üçüncü yerləri müvafiq olaraq İspaniya və Malayziyanın nümayəndələri tutublar.
73-cü "Miss World" müsabiqəsi çərçivəsində xüsusi tədbirlər avqustun 29-dan etibarən keçirilib. Milli gözəllik müsabiqələrində qalib gələn 111 iştirakçı tədbirlərdə iştirak etmək üçün Nyaçanqa gəlib.
Final şousu Nyaçanqın mərkəzi çimərliyinin yaxınlığında yerləşən və 20 mindən çox tamaşaçı tutan açıq məkanda keçirilib. Məkanın uzunluğu 110 metrdən, eni isə təxminən 40 metrdən çoxdur. Səhnə çoxsəviyyəli LED ekran, güclü işıqlandırma və səs sistemləri ilə təchiz olunub.
Şərhlər