Xəbər lenti

Yer kürəsinin nüvəsindəki gözlənilməz kəşf alimlərin kainat anlayışını dəyişdirdi
Dünya 18:27 22.06.2025

Yer kürəsinin nüvəsindəki gözlənilməz kəşf alimlərin kainat anlayışını dəyişdirdi

Alimlər məktəbdən bəri öyrəndiyimiz su dövranı anlayışını yenidən nəzərdən keçirməyə hazırlaşırlar. 

Qaynarinfo "Daily Galaxy" nəşrinə istinadən xəbər verir ki, bu qərara səbəb yer kürəsinin daxilində, unikal mineral strukturlarında sıxılmış şəkildə yerləşən nəhəng su rezervuarının aşkar olunmasıdır.

Hələ 2009-cu ildən etibarən geoloqlara məlum idi ki, yerin səthindən 400–600 kilometr dərinlikdə "rinqvudit” adlı nadir bir mineral mövcuddur. Bu mineralın tərkibində yüksək təzyiq altında sıxılmış su molekulları – hidroksil ionları – saxlanılır. Tədqiqatçılardan biri Qrehem Pirson həmin dövrdə bu su ehtiyatının tektonik plitələrin hərəkətləri ilə əlaqəsi ola biləcəyini irəli sürmüşdü.

2022-ci ildə Botsvanada da rinqvuditin tapılması, alimlərə Yer mantiyasında mövcud olan suyun miqyasını daha dəqiq təxmin etməyə imkan verdi. Onların ehtimalına görə, bu su ehtiyatı Yer okeanındakı su miqdarı ilə müqayisə oluna bilər.

Bu səbəbdən tədqiqatçılar artıq mövcud su dövranı modelini yenidən nəzərdən keçirməyə başlayıblar. Alimlərin fikrincə, suyun dövranı planetin tektonik aktivliyi ilə indiyə qədər düşünüləndən daha sıx şəkildə əlaqəlidir.

"Yeraltı okean planetin fəaliyyətində həlledici rol oynayan dərin su dövranının mənbəyi ola bilər”, deyə Nyu-Yorkda yerləşən Amerika Gemologiya İnstitutunun tədqiqatçısı Tinqtinq Qu bildirib.

Xatırladaq ki, yaxın zamanda alimlər Yer kürəsində bir sutkanın uzunluğunun daxili nüvədə baş verən dəyişikliklərdən asılı olduğunu müəyyən ediblər. Onlar daxili nüvənin səthindəki struktur dəyişiklikləri və onun hərəkətindəki dəyişmələr nəticəsində uzunmüddətli perspektivdə sutka müddətinin də dəyişə biləcəyini iddia edirlər.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->