Xəbər lenti

Yunanıstan Azərbaycan yazıçısının oğlunu iki aylıq həbs etdi, hüquqlarını pozdu
Ölkə 13:41 07.07.2022

Yunanıstan Azərbaycan yazıçısının oğlunu iki aylıq həbs etdi, hüquqlarını pozdu

Yunanıstan polisi yazıçı-dramaturq Firuz Mustafanın oğlunun hüquqlarını pozub.

Qaynarinfo xəbər verir ki, bu barədə yazıcı özü məlumat verib. Yazıçı bildirib ki, oğlu heç bir əsas olmadan iki ay müddətində Afina miqrasiya departamentinin nəzdindəki qapalı ərazidə saxlanılıb:

"Oğlum Yunanıstandan Afina- Frankfurt-Bakı reysi ilə gəldi. Bizi tanıyanlar təəccüb edə bilər ki, onun Yunanıstanda nə işi vardı? Məsələ burasındadır ki, oğlum bir il öncə dəvətlə - "viza” ilə Almaniyaya getmişdi. Orada müvəqqəti yaşamaq üçün müəyyən olunmuş müddət başa çatdıqdan sonra evə qayıtmaq niyyəti ilə avtobusla əvvəlcə vaxtilə təhsill aldığı Türkiyəyə, oradansa Bakıya gəlmək qərarına gəlir. O, münasib nəqliyyat vasitəsi kimi beynəlxalq avtobus marşrutunu seçir. Yolda başına iş gəlir: Yunanıstan ərazisindən keçərkən onun səfər çantasını oğurlayırlar. Mobil telefonu, kompüteri, o cümlədən bütün sənədləri (kimlik vəsiqəsi, xarici pasportu, diplomları) həmin çantada olub. Aqşin Afinadakı polis idarəsinə gedərək vəziyyəti izah edir. Amma sənədləri axtarmaq əvəzinə onu miqrasiya departamentinə təhvil verirlər. O, iki aya yaxın müddətdə həmin departamentin nəzdindəki qapalı ərazidə saxlanılıb”. 

Firuz Mustafa oğlunun yad ölkədə bir çox çətinliklərlə qarşılaşdığını deyib:

"10-15 kilo çəki itirib. Amma şikayət etməyi xoşlamır. Bu günlər ailə üzvlərimizin nələr çəkdiyini təsəvvür etmək, zənnimcə, hər bir valideyn üçün gün kimi aydındır. Bu müddət ərzində mənim müraciət etdiyim idarə, qurum və şəxslər az olmadı. Hamısına təşəkkür edirəm, sözümü yerə salmadılar. Xüsusən, Yunanıstandakı səfirliyimizə, onun rəhbərliyinə və əməkdaşlarına minnətdarlağımı bildirirəm”.

Yazıçı-dramaturq təəssüf hissi ilə bildirib ki, Yunanıstanın Azərbaycandakı səfirliyi onun şifahi və yazılı müraciətinə çox etinasız yanaşıb:

"Bu, məni həm də ona görə çox mütəəssir edir ki, ömrümün böyük bir hissəsi aspirant və tələbələrə Antik yunan fəlsəfəsi tərdis etməyə sərf olunub. Necə deyərlər, bu da mənim "mükafatım”. Və nəhayət, arzu edərdim ki, gənclərimizin işləməsi və yaşaması üçün öz ölkəmizdə münbit şərait yaradılsın. Qoy əcnəbi ölkələrə fiziki güc və intellekt axınına ehtiyac qalmasın. Necə deyərlər, qoy balalarımızın əməyinin xeyrini özümüz görək. Aqşin gəldi. Qoy hamının gedəni gəlsin”.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->