Texnologiya 14:02 06.07.2023

Zukerberq "Twitter"ə alternativ yaradıb istifadəyə verdi

"Facebook” və "Instagram”ın sahibi olan ABŞ-ın "Meta” şirkəti yeni sosial şəbəkəni – "Threads"-i istifadəyə verib. 

Qaynarinfo şirkətin saytına istinadən xəbər verir ki, orada 500 simvol uzunluğunda mesajlar yazmaq, linklər, fotoşəkillər və beş dəqiqəyə qədər olan videolar dərc etmək olar

Threads Instagram üçün mətn proqramı kimi yerləşdirilib, hər bir şəxs Instagram hesabından istifadə edərək yeni sosial şəbəkəyə daxil ola bilər. Yeni sosial şəbəkənin interfeysi və funksionallığı "Twitter"-i xatırladır.

Threads tətbiqi indi ABŞ, Böyük Britaniya və Yaponiya da daxil olmaqla 100-dən çox ölkədə App Store və Google Play-də yükləmək üçün əlçatandır. Avropa İttifaqında hələ işləməyəcək. İnstaqramın rəhbəri Adam Mosserinin The Verge-ə verdiyi məlumata görə, bunun səbəbi "gələn il [Aİ-də] qüvvəyə minəcək bəzi qanunlara əməl etməkdə yaranan çətinliklərdir”.

Meta sahibi Mark Zükerberq "Threads" hesabında bildirib ki, ilk dörd saatda yeni sosial şəbəkədə beş milyon hesab qeydə alınıb.
 


Nizami Bağırov