Dünya 23:15 24.01.2024

240 gün ərzində bütün Afrikanı qaçdı, amma... - Viza problemi

Böyük Britaniyadan olan bir marafonçu bütün Afrikanı cənubdan şimala qədər qaçırmaq istəyib, lakin Əlcəzair vizası ilə bağlı problemlər üzündən bu istəyini yerinə yetirə bilməyib. 

Qaynarinfo bu barədə "Daily Mail"ə istinadən xəbər verir.

26 yaşlı ekstremal atlet Russell Kuk marafona Cənubi Afrikada başlayıb və 240 gün ərzində Cənubi Afrikanın ən cənub ucundan Tunisin şimal sahillərinə qədər 15 min kilometr məsafə qət etməyi planlaşdırıb. O, Anqolada yaşadığı silahlı soyğuna görə müddəti artırmalı olub. Həmin günə qədər Russel artıq Konqo Demokratik Respublikası, Kamerun, Nigeriya, Benin, Toqo, Qana və Qvineya ərazisindən keçib. Marafonçu hazırda Seneqaldadır, lakin viza problemlərinə görə səfərini erkən bitirə bilər.

2Mən 278 gün qaçmışam, 13 ölkədə demək olar ki, 12.000 km qət etmişəm və Afrika boyu qaçan ilk insan olmaq üçün xeyriyyə məqsədilə 140.000 funt-sterlinqdən çox pul yığmışam", deyə Kuk bildirib.

Sosial şəbəkələrdə yayımlanan videoda o, yarışının nəticəsinin indi Əlcəzair hakimiyyətinin ona ölkəyə daxil olmağa icazə verib-verməməsindən asılı olduğunu bildirib. Problem Əlcəzairin Mavritaniya ilə sərhədi keçməsi üçün ona icazə verməsi ilə bağlı yaranıb. Britaniyalı məmur Kuka kömək təklif edib.

"Biz mümkün olan hər şeyi edəcəyik, Xarici İşlər Nazirliyi və Əlcəzair səfirliyi ilə əlaqə saxlayacaq", deyə məmur qaçışçıya söz verib.

Qeyd edilir ki, Kuk yarışına aprelin 22-də başlayıb. O, bu müddət ərzində toplanan pulu evsizlərə kömək edən xeyriyyə təşkilatına və Afrika xalqını təmiz su və tualetlə təmin edən "WaterAid" təşkilatına bağışlamağı planlaşdırır.

Aydın