Xəbər lenti

ABŞ hakimiyyəti Ukraynaya yardıma görə respublikaçılara güzəştə gedə bilər
Dünya 12:50 08.12.2023

ABŞ hakimiyyəti Ukraynaya yardıma görə respublikaçılara güzəştə gedə bilər

ABŞ administrasiyası respublikaçı konqresmenlərin Ukraynaya hərbi yardımın ayrılması ilə bağlı razılığa gəlinməsi üçün miqrasiya siyasətində güzəştə gedə bilər. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters" mənbəyə istinadən yazır.

Respublikaçıların çoxluq təşkil etdiyi Nümayəndələr Palatası dekabrın 14-dək işləyir və razılaşma əldə etmək üçün çox az vaxt qalır.

Agentliyin məlumatına görə, nəzərdən keçirilən tədbirlərə aşağıdakılar daxildir:

• sığınacaq alanlar üçün yoxlama standartlarının sərtləşdirilməsi;
• Birləşmiş Ştatlarda sürətləndirilmiş deportasiya prosedurunun genişləndirilməsi (hazırda o, yalnız sərhəddə fəaliyyət göstərir);
• ABŞ-a gedərkən üçüncü ölkələrdən keçən ərizəçilərə sığınacaq verilməsinin rədd edilməsi.

Həmçinin, razılığa gəlməyə çalışan hər iki partiyanın senatorları sığınacaq üçün müraciətlərin sayına məhdudiyyətinin tətbiqini müzakirə edirlər. 

"Reuters" aydınlaşdırır ki, prezident Co Baydenin bu fikirlə bağlı mövqeyi aydın deyil. 

Meksika ilə sərhəddə miqrasiya siyasətini sərtləşdirməsinə görə yardım paketinə düzəlişlərin edilməsində israr edən Respublikaçılar partiyasının üzvlərinin mövqeyi səbəbindən Ukraynaya yardımın maliyyələşdirilməsi razılaşdırıla bilmir. Əgər onlar öz mövqelərini dəyişməsələr, Vaşinqton Kiyevə yardımın davam etdirilməsinə zəmanət verə bilməyəcək, Ağ Ev xəbərdarlıq edib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->