ABŞ prezidenti Co Baydenin administrasiyası İsrail və HƏMAS zolağı arasındakı münaqişənin Yaxın Şərq ölkələri arasında müharibəyə çevrilməsi ehtimalına hazırlaşır.
Qaynarinfo xəbər verir ki, bu barədə "Politico" mənbələrə istinadən məlumat yayıb.
Bu, Amerika prezidentinin seçki kampaniyasına mane ola bilər. Qəzet yazır ki, Bayden administrasiyasının rəsmiləri Vaşinqtonun Qəzzadakı müharibənin daha geniş, uzanan regional münaqişəyə çevrilməsinə cavab verməsi üçün planlar hazırlayır.
Qeyd olunur ki, Yaxın Şərqdə hərbi əməliyyatların artması ABŞ-ın milli təhlükəsizliyini təhdid edə bilər. Agentlik mənbələrinin məlumatına görə, ABŞ ordusu İranın dəstəklədiyi İraq və Suriyadan mümkün hücumları dəf etmək üçün planlar hazırlayır.
Nəşrin mənbələrinin fikrincə, münaqişənin kəskinləşməsi ABŞ prezidenti Co Baydenin yeni müddətə seçilməsinə mane ola bilər. Bayden müharibələrə son verəcəyinə söz verərək prezidentlik yarışına daxil olarkən, ilk müddətini "Ukraynaya nə qədər lazımdırsa, dəstəkləmək" niyyəti ilə başa vurur, eyni zamanda İsraili fəal şəkildə dəstəkləyir.
Aydın
Şərhlər