Xəbər lenti

Aİ daşqınların nəticələrini aradan qaldırmaq üçün bu ölkəyə 400 milyon avro ayıracaq
Dünya 21:00 09.08.2023

Aİ daşqınların nəticələrini aradan qaldırmaq üçün bu ölkəyə 400 milyon avro ayıracaq

Avropa İttifaqı ölkədəki güclü daşqınların nəticələrinin aradan qaldırılması üçün Sloveniyaya 400 milyon avro ayıracaq, həmçinin orta və uzunmüddətli perspektivdə çoxmilyardlı investisiya dəstəyi verəcək.

Qaynarinfo xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Leyen Sloveniyanın baş naziri Robert Qolob ilə birgə mətbuat konfransında bildirib.

"Bu gün mən Baş nazirlə 3 komponentdən ibarət paketi müzakirə etdim. Bu paketə təcili ehtiyaclar, eləcə də orta və uzunmüddətli perspektiv daxildir. Bu ölkənin yenidən qurulması üçün çoxlu investisiyalar qoyulmalıdır. İlk növbədə Həmrəylik Fondu vasitəsi ilə biz 400 milyon avro ayıracağıq - onun 100 milyon avrosu bu il, 300 milyon avrosu isə gələn il olacaq".

Fon der Leyenin sözlərinə görə, Avropa Komissiyası Sloveniya hökumətinin sorğusunu və vəsaitlərin köçürülməsi üçün ilkin zərərin qiymətləndirilməsini gözləyir.

Dəstək paketinin ikinci komponenti koronavirus pandemiyasından sonra Aİ iqtisadiyyatını bərpa etmək üçün nəzərdə tutulmuş "NextGenerationEU” fondu ilə bağlıdır.

"Sloveniyanın artıq istifadə etdiyi və proqramlaşdırdığı vəsaitdən əlavə, daha 2,7 milyard avro da var. Sloveniya onları tələb edə bilər. Burada vaxt vacibdir, çünki bu tələb avqustun sonuna qədər edilməlidir", deyə Avropa Komissiyasının rəhbəri bildirib. 

Onun sözlərinə görə, bu gün Sloveniya ilə Avropa Komissiyası arasında işçi qrupu yaradılacaq və bu 2,7 milyon avronun Sloveniyaya sərmayə qoyuluşu üçün olması üzərində işləyəcək.

Aydın



Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->