XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"OnlyFans"ın sahibi ölümündən əvvəl 700 milyon dollar dividend alıb
Dünya16:49 25.08.2026

"OnlyFans"ın sahibi ölümündən əvvəl 700 milyon dollar dividend alıb

"OnlyFans" yayım platformasının sahibi Leonid Radvinski ölümündən qısa müddət əvvəl 700 milyon dollar dividend alıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Financial Times" (FT) şirkətin illik maliyyə hesabatına istinadən məlumat yayıb.

FT-nin məlumatına görə, "OnlyFans" platformasının sahibi olan "Fenix International" 2025-ci ilin noyabrında başa çatan maliyyə ilində gəlirini 1,6 milyard dollara çatdırıb. Şirkətin cəmi 47 əməkdaşı olduğu halda mənfəəti 5 faiz artaraq 715 milyon dollara yüksəlib. Bu məbləğin böyük hissəsi Radvinskiyə dividend şəklində ödənilib.

Maliyyə hesabatına əsasən, 2025-ci maliyyə ili ərzində platformanın sahibi 535 milyon dollar dividend əldə edib. Maliyyə ilinin başa çatmasından sonra isə ona əlavə 174 milyon dollar ödənilib. Bir il əvvəl Radvinskinin aldığı dividendin məbləği 497 milyon dollar təşkil edib.

Ukrayna əsilli amerikalı Leonid Radvinski mart ayında 43 yaşında vəfat edib.

"OnlyFans" abunəlik əsasında foto, video və mətn daxil olmaqla müxtəlif məzmunların yaradılmasına və yayılmasına imkan verən onlayn platformadır. Xidmət xüsusilə böyüklər üçün əyləncə sektorunda populyardır. Bəzi "OnlyFans" müəllifləri abunəçilərə eksklüziv məzmun sataraq milyonlarla dollar gəlir əldə edirlər. Şirkətin baş ofisi Londonda yerləşir.

Aydın