Maqazin 11:02 09.01.2023

Atalığından Aysun İsmayılovaya 50 min manatlıq hədiyyə (VİDEO)

Ötən gün müğənni Rəqsanə İsmayılovanın qızı Aysunun 25 yaşı tamam olub.

Sənətçi müğənni övladına paytaxt restoranlarından birində təmtəraqlı ad günü keçirib. Gecədə bir çox məşhurlar da iştirak ediblər. Ad günündə ən diqqət çəkən məqam Aysuna edilən bahalı hədiyyə olub.

Belə ki, atalığı Fazil Əmiraslanov qızına "Cartier" brendinə aid saat bağışlayıb.

Aksessuarın qiymətinin 50 000 AZN-dən baha olduğu bildirilib.//Baku.ws