XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Avropa İttifaqı Çindən hibrid avtomobil idxalını məhdudlaşdıracaq
Dünya18:30 07.10.2026

Avropa İttifaqı Çindən hibrid avtomobil idxalını məhdudlaşdıracaq

Avropa İttifaqı Çində istehsal olunan hibrid avtomobillərə qarşı məhdudlaşdırıcı tədbirlər hazırlayır.

Qaynarinfo xəbər verir ki, "Bloomberg" agentliyi bu barədə mənbələrə istinadən məlumat yayıb.

Mexanizm tarif kvotalarından ibarət olacaq: müəyyən edilmiş idxal həcmi aşılacağı təqdirdə, əlavə avtomobillərə daha yüksək gömrük rüsumları tətbiq ediləcək.

Bu addımın səbəbi Çinin hibrid avtomobillərinin Avropada satışlarının artmasıdır. Hazırda Çin istehsalı hibridlər Avropa bazarının müvafiq seqmentinin təxminən dörddə birini tutur. Eyni zamanda, onlar Çindən gətirilən elektrik avtomobillərindən fərqli olaraq, hələlik yüksək tariflərə məruz qalmırlar.

Mənbələrin məlumatına görə, hibrid avtomobillər bu mexanizm üçün pilot layihə olacaq. Əgər tarif kvotaları özünü doğrultsa, Avropa Komissiyası bu yanaşmanı Pekinlə ticarətdə balanssızlığın qeydə alındığı digər sektorlara da tətbiq edə bilər.

Aİ-nin Çinlə ticarətində kəsir 1 milyard avronu ötür. 2026-cı ilin avqustunda "BYD" də daxil olmaqla Çin markaları regionda yeni avtomobil satışlarının təxminən 12 faizini təşkil edib.

Aydın