Azərbaycan cüdoçusu Ömər Rəcəbli Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb.
Qaynarinfo xəbər verir ki, 81 kiloqram çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda görüşdə Qazaxıstan təmsilçisi Abulaxan Zhubanazar ilə qarşılaşıb.
Rəqibinə qalib gələn Rəcəbli bürünc mükafata sahib çıxıb.
Qeyd edək ki, hazırda Azərbaycan millisinin aktivində 2 medal (1 qızıl, 1 bürünc) var. Əhməd Yusifov (60 kq) dünya çempionu olub, Rəşid Məmmədəliyev (73 kq) isə bürünc medal qazanıb. Dünya çempionatının görüşləri Milli Gimnastika Arenasında keçirilir.
Şərhlər