Xəbər lenti

Bakının bir hissəsi qaranlığa büründü
Ölkə23:53 18.10.2026

Bakının bir hissəsi qaranlığa büründü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakının Xətai rayonunun bir hissəsində 2 saatdan artıqdır elektrik enerjisinin verilməsi dayandırılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Axar.az-a rayon sakinləri məlumat verib.

Bildirilib ki, Vung Tau küçəsindən başlayaraq, Gəncə prospekti də daxil olmaqla, bir neçə məhəllə işıqsız qalıb.

Aidiyyəti qurumun qaynar xəttindən elektrik enerjisinin verilməsinin 1,5 saata bərpa ediləcəyi bildirilsə də, hazırda sözügedən ərazidə işıq hələ də yoxdur.