Xəbər lenti

Azercell bütün qadınları
Ekonomiks 14:34 01.05.2026

Azercell bütün qadınları "Minlərlə ilmə, bir güc" təşəbbüsünə qoşulmağa dəvət edir

Şirkətin "Azərxalça” ASC ilə birgə layihəsi Xalça Festivalında nümayiş etdiriləcək

"Azercell Telekom” MMC qadınların cəmiyyətdə  rolunun gücləndirilməsinə yönəlmiş fəaliyyətlərini davam etdirərək "Minlərlə ilmə, bir güc” layihəsini təqdim edir. "Azərxalça” ASC ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən bu təşəbbüs qadın həmrəyliyinin təşviqi ilə yanaşı, Azərbaycanın zəngin xalçaçılıq irsinin qorunmasına və gələcək nəsillərə ötürülməsinə töhfə verir.

Layihə  əsnasında hazırlanan xalça 2–3 may tarixlərində İçərişəhərdə keçiriləcək Beynəlxalq Xalça Festivalında ictimaiyyətə təqdim olunacaq. Qadınların sosial və mədəni inkişafda rolunu əks etdirən bu konseptual sənət nümunəsi səbri, gücü və həmrəyliyi ehtiva edəcək. 

Xalçanın yaradılması prosesi festival günlərində interaktiv formatda həyata keçiriləcək. Belə ki, qadın iştirakçılar xalçaya ilmə vurmaqla bütöv əsərin formalaşmasında birbaşa iştirak edəcəklər.

"Azercell Telekom” MMC bütün qadınları 2-3 may tarixlərində İçərişəhər ərazisində yerləşən Qoşa Qala meydanında keçiriləcək bu təşəbbüsə qoşulmağa dəvət edir. Qadın həmrəyliyini və birgə gücünü ön plana çıxaran xalçanın kəsim mərasiminin isə 3 may tarixində baş tutması planlaşdırılır.

Siz də öz ilmənizlə bu hekayənin bir parçasına çevrilin!

--> -->