Xəbər lenti

B-52 faciəsinin pərdəarxası: ABŞ-da təyyarələr niyə qəzaya uğrayır?
Dünya 17:50 16.06.2026

B-52 faciəsinin pərdəarxası: ABŞ-da təyyarələr niyə qəzaya uğrayır?

ABŞ-da nüvə başlığı daşıma qabiliyyətinə malik B-52 strateji bombardman təyyarəsi Kaliforniyadakı Edvards Hava Bazasından qalxışından sonra test uçuşu zamanı qəzaya uğrayıb. 

Qaynarirnfo xəbər verir ki, hadisə nəticəsində 8 nəfərlik heyətin hamısının həlak olduğu bildirilir. Qəzanın səbəbi araşdırılır, ekspertlər isə B-52-nin strateji əhəmiyyətinə görə hadisənin dünya üzrə diqqətlə izlənildiyini qeyd edirlər.

Təqaüddə olan hava polkovniki Eylem Şimşək son dövrdə Rusiyaya məxsus Tu-22 bombardmançı təyyarəsinin də qəzaya uğramasını xatırladaraq, hadisələrin müxtəlif suallar doğurduğunu, lakin dəqiq nəticənin yalnız istintaqdan sonra müəyyən edilə biləcəyini bildirib.

ABŞ-da nüvə başlığı daşıya bilən B-52 strateji bombardman təyyarəsinin qəzaya uğraması dünya gündəmində geniş rezonans doğurub. Kaliforniyadakı Edvards Hava Bazasından qalxan təyyarə radar modernizasiya proqramı çərçivəsində test uçuşu həyata keçirirdi. Lakin qalxışdan qısa müddət sonra qəzaya uğrayıb. Ərazidən uzun müddət alov və sıx qara tüstü müşahidə olunub. Qəza zamanı 8 nəfərlik heyətin hamısının həlak olduğu bildirilir. Rəsmi səbəblə bağlı açıqlama verilməyib, araşdırma başladılıb.

B-52 niyə bu qədər önəmlidir?

Qəzadan sonra diqqətlər ABŞ-ın strateji çəkindirmə gücünün əsas elementlərindən biri sayılan B-52 bombardmançılarına yönəlib. Təqaüddə olan hava polkovniki Eylem Şimşək təyyarənin xüsusiyyətlərinin bu hadisəni sıradan qəza olmaktan çıxardığını deyib:

"Bu təyyarə B-52-dir. Amerikanın ən böyük təyyarələrindən biridir. Xüsusiyyətlərinə görə nüvə başlığı daşıya bilir. Bu baxımdan onun qəzaya uğraması ciddi təsir yaradır. 8 mühərrikli təyyarədir. Ümumi kontekstdə baxdıqda, bir neçə saat əvvəl Rusiyanın Tu-22 uzunmənzilli bombardmançı təyyarəsinin də qəzaya uğraması, ondan əvvəl ABŞ-nin İranla razılaşma ehtimalı kimi hadisələr bizdə suallar yaradır".

Strateji analitiklər niyə sualların artdığını deyir?

Ekspertlərə görə, qısa müddət ərzində həm Rusiyaya məxsus Tu-22, həm də ABŞ-a məxsus B-52 təyyarələrinin qəzaya uğraması diqqət çəkən hadisə kimi qiymətləndirilir. Şimşək bildirib ki, texniki səbəblər hər zaman əsas ehtimal olsa da, zamanlama da diqqət çəkir:

"Təyyarə tək qəzaya uğrasaydı, texniki səbəb kimi qəbul edilərdi. Amma həm Tu-22-nin, həm də B-52-nin eyni dövrdə qəzaya uğraması hər kəsdə ‘nəsə varmı?’ sualını yaradır. Çünki bu təyyarələr çəkindirmə vasitəsidir. Nüvə başlığı daşımaq onu istifadə etmək demək deyil, amma bu platformalar strateji rol oynayır".

B-52-nin daşıdığı güc

B-52 dünyanın ən mühüm bombardmançı təyyarələrindən biri hesab olunur. Şimşək onun texniki imkanlarını belə izah edib:

"Bu təyyarənin adı "Stratosfer qalası" mənasını verir. Təxminən 32 ton silah-sursat daşıya bilir. Daşıdığı bəzi nüvə başlıqlarının təsiri Xirosimanın 10 qatına qədər çata bilir. Buna görə də onun qəzaya uğraması böyük rezonans doğurur".

"Texniki nasazlıq, yoxsa başqa səbəb?”

Qəzanın səbəbi ilə bağlı müxtəlif ehtimallar irəli sürülsə də, rəsmi qurumlar hələ açıqlama verməyib. Şimşək texniki nasazlığın ən güclü ehtimal olduğunu bildirib:

"Təbii ki, səbəb texniki ola bilər. Amma başqa bir səbəb də ola bilər. Əgər texniki deyilsə, bunu heç vaxt dəqiq bilməyəcəyik, çünki belə hallarda bütün məlumatlar ictimaiyyətə açıqlanmayabilir".

Regional proseslərlə bağlı şərhlər

Hadisənin zamanlaması səbəbilə bəzi dairələr bunu geosiyasi proseslərlə də əlaqələndirir. Şimşək bildirib ki, ABŞ-ın İranla diplomatik prosesi və İsraillə bağlı reaksiyalar diqqət çəkir:

"ABŞ-ın İranla razılaşma ehtimalı, bu prosesdə region ölkələrinin reaksiyaları müəyyən suallar yaradır. Amma bunların qəza ilə əlaqəsi olub-olmadığını demək mümkün deyil".

Son dövrdə niyə daha çox təyyarə qəzası görünür?

Ekspertlərə görə, bu görüntünün yaranmasının əsas səbəblərindən biri müharibələrin xarakterinin dəyişməsidir:

"Artıq müharibələr daha çox hava əməliyyatlarına keçib. Ukrayna, İran, İraq və Suriya kimi bölgələrdə hava zərbələri daha ön plandadır. Bu da hava vasitələrinin daha intensiv istifadəsi deməkdir".

ABŞ-da son təyyarə qəzaları

Son dövrdə F/A-18, F-16, F-35 və müxtəlif təlim təyyarələrinin qəzaları da xatırladılır. Şimşək bunun ordunun zəifləməsi anlamına gəlmədiyini deyib:

"Uçuş sayına baxdıqda bu göstəricilər yüksək deyil. Kiçik texniki səbəblər hər zaman ola bilər. Bir vintin boşalması belə qəzaya səbəb ola bilər.".

"ABŞ hava gücünü itirir” iddiaları

Şimşək bu fikrə ehtiyatla yanaşır: "ABŞ dünyanın hər yerində əməliyyat aparan ölkədir. Bu qədər intensiv istifadə zamanı sıfır qəza mümkün deyil".

Əsas məsələ say yox, təsirdir

Ekspertlərin fikrincə, hadisələri diqqətçəkən edən onların strateji platformalara aid olmasıdır. Şimşək qeyd edib:

"F-35 və B-52 kimi təyyarələrin qəzaya uğraması uzun müddət müzakirə olunur. Çünki bunlar sıradan platformalar deyil".

Aydın

--> -->