Xəbər lenti

"Azneft"in baş direktoru işdən çıxarıldı - Yeni təyinat
Ekonomiks08:44 28.03.2024

"Azneft"in baş direktoru işdən çıxarıldı - Yeni təyinat

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Əli Qurban oğlu Qurbanov Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft” İstehsalat Birliyinin yeni baş direktoru təyin edilib.
Bu barədə "Report"a SOCAR-dan məlumat verilib.
Bildirilib ki, o, bu vəzifədə Şahmar Hüseynovu əvəz edib. Ş.Hüseynov 2019-cu ilin dekabr ayından Birliyə rəhbərlik edirdi.
Qeyd edək ki, Ə. Qurbanov bundan əvvəl "Umid-Babək Əməliyyat Şirkəti”nin Azərbaycandakı filialının direktoru vəzifəsində çalışıb.