Xəbər lenti

Bakıda ağır qəza: İki futbolçu həlak oldu (VİDEO)
Video 09:36 30.07.2026

Bakıda ağır qəza: İki futbolçu həlak oldu (VİDEO)

Dünən axşam saatlarında Qobu-Lökbatan yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, 99-EN-361 dövlət qeydiyyat nişanlı "Toyota" markalı minik avtomobili "Ford Transit" markalı nəqliyyat vasitəsi ilə toqquşub.

Hadisə nəticəsində "Toyota"da olan Bəhruz Sultanov və Rauf Hüseynov hadisə yerində həlak olublar, "Ford"un sürücüsü isə xəsarətlər alıb.

Məlumata görə, qəzada ölənlər "Qobu" futbol klubunun oyunçuları olublar.

Qeyd edək ki, "Qobu" 2025/26 mövsümündə AFFA Region Liqasında mübarizə aparıb.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->