Xəbər lenti

Azərbaycan millisi dünya ikincisi oldu
İdman 23:10 29.07.2026

Azərbaycan millisi dünya ikincisi oldu

Azərbaycanın yunan-Roma güləşçiləri Bakıda keçirilən U-17 dünya çempionatını ikinci sırada başa vurublar.

Qaynarinfo xəbər verir ki, Azərbaycan millisi komanda hesabında 107 xalla ikinci yeri tutub.

Rusiya 127 xalla mundialı birinci, İran isə 96 xalla üçüncü pillədə başa vurub.

Azərbaycanın klassikləri turniri ümumilikdə 6 medalla başa vurub. Yunan-Roma güləşçilərimizdən Əli Cavadlı (45 kq), Abdurrahman Hüseynli (51 kq) və İsfahan Həsənov (80 kq) gümüş medala sahib olublar. Ömər Salmanov (48 kq), Elmir Çərkazov (60 kq) və Orxan Həbibli (65 kq) isə bürünc medalla kifayətləniblər.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->