Xəbər lenti

Konfrans Liqası:
phrase_var_qaynar. 09:22 30.07.2026

Konfrans Liqası: "Zirə" məğlubiyyətin əvəzini çıxa biləcəkmi?

Bu gün UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinə yekun vurulacaq.

Qaynarinfo verir ki, Azərbaycan təmsilçisi "Zirə" də mərhələnin cavab matçına çıxacaq.

Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda Sumqayıtda "Payde"ni qəbul edəcək. Sumqayıt şəhər stadionunda keçiriləcək oyun saat 20:00-da start götürəcək. Komandaların Estoniyadakı ilk oyununda "Zirə" rəqibinə uduzub - 0:1

Cütün qalibi 3-cü mərhələdə "Rapid"lə (Avstriya) qarşılaşacaq.

Konfrans Liqası
II təsnifat mərhələsi
Cavab oyunu

30 iyul
20.00 Zirə (Azərbaycan) - Payde (Estoniya)
Hakimlər: Patrik Pavleşiç, İvan Yaniç, Dino Knez, Dario Bel (Xorvatiya).
Sumqayıt. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu .

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->