Xəbər lenti

Konfrans Liqası:
İdman 09:50 30.07.2026

Konfrans Liqası: "Neftçi" üçün çətin sınaq

Bu gün Azərbaycan təmsilçisi "Neftçi" Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyununa çıxacaq.

Qaynarinfo xəbər verir ki, Yuri Vernidubun komandası Minsk "Dinamo"su ilə Bolqarıstandakı "Beroe" stadionunda qarşılaşacaq. Buna səbəb UEFA-nın Belarusda oyun keçirməsinə qadağa qoyması olub. Görüş Bak vaxtı ilə saat 21:00-da bşlayacaq.

Komandalar arasında ilk oyun Belarus təmsilçisinin 4:2 hesablı qələbəsi ilə bitib. Bu cütün qalibi 3-cü təsnifat mərhələsində "Jelezniçar” (Serbiya) – "Braqa” (Portuqaliya) cütünün üstün tərəfi ilə üz-üzə gələcək.

Konfrans Liqası
II təsnifat mərhələsi
Cavab oyunu

30 iyul
21.00 Dinamo (Minsk, Belarus) - Neftçi (Azərbaycan)
Hakimlər: Tim Marşall, Georgios Arqiropulos, Rayan Kelsi, Şeyn MakQoniql (Şimali İrlandiya).
Bolqarıstan. "Beroe" stadionu.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->