Xəbər lenti

Avropa Liqası:
İdman 09:11 30.07.2026

Avropa Liqası: "Qarabağ" ÇSKA-ya qarşı

Bu gün Avropa Liqasında 2-ci təsnifat mərhələsinə yekun vurulacaq.

Qaynarinfo xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" da mərhələnin cavab matçına çıxacaq.

Qurban Qurbanovun komandası Bolqarıstanda ÇSKA-nın qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Bakıda oynanılan ilk qarşılaşmada komandalar qolsuz heç-heçə edib.

Qeyd edək ki, bu cütün qalibi 3-cü mərhələdə  "Şerif” (Moldova) – "Makkabi” (Tel-Əviv, İsrail) cütünün qalibi ilə qarşılaşacaq. "Makkabi" ilk oyunda 5 cavabsız qolla qalib gəlib.

Avropa Liqası
II təsnifat mərhələsi
Cavab oyunu

30 iyul
22.00 ÇSKA (Bolqarıstan) - Qarabağ (Azərbaycan)
Hakimlər: Bran van Den Dries, Mişel Seldrayers, İv De Neve, Kevin Van Damm (Belçika).
VAR: Bert Put (Belçika).
AVAR: Uesli De Kremer (Belçika).
Sofiya. Vasili Levski Milli Stadionu.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->