Xəbər lenti

Video 23:05 26.06.2026

"Belə şey görməmişdim" - Bakıda piyada keçidində utancverici mənzərə (VİDEO)

Hava limanı yolunda piyadalar üçün nəzərdə tutulan yerüstü keçiddə antisanitar vəziyyət hökm sürür.

Belə ki, keçiddən istifadə edən sakinlərin əksəriyyəti qida və içki qalıqlarını, eləcə də müxtəlif tullantıları birbaşa əraziyə atırlar. Ərazidə zibil qutularının olmasına baxmayaraq, tullantıların yerə atılması keçiddə antisanitar vəziyyət yaradıb.

Sakinlər məsələ ilə bağlı narahatlıqlarını Baku TV ilə bölüşüblər.

"Camaatın məsuliyyətsizliyindən bu vəziyyət yaranıb. Orada zibil qutuları var, amma tullantıları içinə atmırlar. Digər tərəfdəki keçid təmizdir, bura isə baxan yoxdur. Bəzən bir qadın gəlib buranı təmizləyir, lakin sonra yenə əvvəlki vəziyyət yaranır", - onlardan biri söyləyib.
--> -->