Xəbər lenti

Video 23:53 14.07.2026

"Bina 10 mərtəbəli olub, mənə 11-ci mərtəbədən 80 min manata mənzil satılıb" (VİDEO)

Mənzil almaq istəyən Bakı sakini Mehriban Həsənova illərdir həllini tapa bilməyən problemlə üzləşib.

O, 4 il əvvəl akademik Həsən Əliyev prospektində almaq üçün 80 min manat ödədiyi mənzilin sonradan ümumiyyətlə mövcud olmadığını öyrənib.

Mehriban Həsənova mənzil üçün ödəniş edib və müqavilə imzalayıb. Ancaq sonradan aldığı mənzillə bağlı ciddi uyğunsuzluqlar ortaya çıxıb. İddiasına görə, ona binanın 11-ci mərtəbəsindən mənzil satılıb. Halbuki, layihəyə əsasən, bina cəmi 10 mərtəbədən ibarət olub. İndi isə Mehriban Həsənova nə pulunu ala, nə də olmayan mənzilinə köçə bilir.

Zərərçəkənin sözlərinə görə, məsələni araşdırarkən məlum olub ki, binanın tikintisini hələ 2020-ci ildə aidiyyəti qurumlar dayandırıb və növbəti mərtəbələrin inşasına icazə verilməyib. Buna baxmayaraq, MTK rəhbərliyi ona inşa olunmamış mərtəbədən mənzil satıb.

Məsələnin üzərindən dörd il keçsə də, Mehriban Həsənova nə mənzilini ala, nə də ödədiyi vəsaiti geri qaytara bilir.

Məsələ ilə bağlı adıçəkilən - "MM Park" MMC ilə əlaqə saxladıq. Şirkətdən tərəflər arasında məhkəmə prosesi yekunlaşana qədər heç bir açıqlama verməyəcəklərini bildirdilər.//Xəzər TV
 

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->