Xəbər lenti

Bu sevgi mahnısı bütün zamanların əsl məşhur hitinə çevrildi (VİDEO)
Video 22:24 14.07.2026

Bu sevgi mahnısı bütün zamanların əsl məşhur hitinə çevrildi (VİDEO)

Britaniyalı müğənni Endi Gibb 1978-ci ildə təqdim olunan "Shadow Dancing” mahnısı ilə musiqi tarixinin ən uğurlu hitlərindən birinə imza atıb.

Qaynarinfo xəbər veror ki, "Zlote Przeboje” nəşrinin yazdığına görə, mahnının nəqarəti cəmi bir neçə dəqiqə ərzində yazılıb və qısa müddətdə böyük populyarlıq qazanıb. Nəticədə "Shadow Dancing” yeddi həftə ardıcıl olaraq "Billboard Hot 100” hit-paradında birinci yerdə qərarlaşıb. "Billboard” mahnını 1978-ci ilin ən uğurlu sinqlı elan edib. ABŞ-də isə mahnının satışları 2,5 milyondan çox nüsxəyə çatıb.

"1978-ci il idi. "Bee Gees" qrupunun üzvləri olan qardaşları Barri, Robin və Morisdən fərqli olaraq diskonu o qədər də sevməyən 19 yaşlı Endi Gibb öz hitini yazmağa qərar verdi. O, artıq musiqi ilə maraqlanır, vokal və gitara dərsləri alırdı. Həmçinin bir albomu var idi və ailəsinin digər üzvləri kimi uğurlu müğənnilik karyerası qurmağı arzulayırdı”, deyə musiqi tənqidçiləri qeyd edirlər.


"Shadow Dancing” haqqında nə bilmək lazımdır?

Bu mahnı Endi Gibbin yaradıcılığının ən məşhur əsəri hesab olunur. Lakin "Shadow Dancing” eyni zamanda onun karyerasındakı son böyük hitlərdən biri olub. Bir neçə il sonra sənətçinin həyatı faciəvi şəkildə sona çatıb.

Musiqiçi uzun müddət narkotik asılılığı ilə mübarizə aparıb. Müalicədən sonra isə depressiyadan əziyyət çəkib. Endi Gibb 1988-ci ildə, cəmi 30 yaşında vəfat edib. Buna baxmayaraq, onun "Shadow Dancing” mahnısı bu gün də dünyanın müxtəlif ölkələrində dinlənilməyə davam edir.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->