Xəbər lenti

Bu qidaları hətta saxlama müddəti bitəndən sonra da yemək olar - Mütəxəssis
Dünya 22:56 30.09.2023

Bu qidaları hətta saxlama müddəti bitəndən sonra da yemək olar - Mütəxəssis

Bəzi qida kateqoriyaları var ki, onların istifadə müddəti bitdikdən sonra da yeyilə bilər. 

Qaynarinfo Utro.ru portalına istinadla xəbər verir ki, bu barədə dietoloq Valentina Salaman danışıb.

Belə ki, ekspertin fikrincə, əlavəsiz çörək məhsulları yararlılıq müddəti bitdikdən sonra köhnəlir, lakin istehlak üçün təhlükəsiz olaraq qalır. Yəni, qurumuş baton yeyilə bilər, amma çörək kiflənərsə, təbii ki, onu artıq yemək olmaz, - deyə ekspert əlavə edib.

O, həmçinin qeyd edib ki, istifadə müddəti bitmiş, ağ örtüklə örtülmüş şokoladı zərərsiz yeyə bilərsiniz - bu, sağlamlıq üçün təhlükəli deyil.

Üstəlik, demək olar ki, qeyri-məhdud saxlama müddəti olan məhsullar var, məsələn, şəkər, duz, sirkə və bəzi digər məhsullar, deyə mütəxəssis əlavə edib. Eyni zamanda o, xarab tərəvəz, meyvə və xüsusilə ətli xörəkləri yeməməyi məsləhət görür, çünki bu, zəhərlənməyə səbəb ola bilər.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->