Dünya 15:31 28.06.2022

Cənubi Koreya yeni qırcısını təqdim etdi

Cənubi Koreya daha çox hərbi sənayenin milli istehsalına və bəlkə də qlobal bazarlara rəqabətqabiliyyətli təchizata etibar etmək məqsədi ilə özünün yeni nəsil səsdən sürətli qırıcısını təqdim edib. KF-21 Boramae və ya "Falcon" adlanan təyyarə "4,5-ci nəsil" qırıcıdır.

Qaynarinfo bu barədə "Asiatimes"a istinadən xəbər verir.

Məlumata görə, iyun ayında ilk uçuşunda tələb olunan sınaqların yarısından çoxunu keçən KF-21 Cənubi Koreya və İndoneziyanın birgə layihəsidir və İndoneziya 7.6 milyard dollarlıq bu layihənin xərcinin 20 faizini öz üzərinə götürüb.
 
ABŞ hərbi təsnifatlarına görə, 4,5-ci nəsil qırıcılar təkmil radar imkanlarına, aktiv elektron skayner massivlərinə, yüksək tutumlu məlumat bağlantılarına, təkmil uçuş sistemlərinə və təkmil silah imkanlarına malikdir.
 
Qeyd edilir ki, 4,5-ci nəsil qırıcı F-22 və F-35 kimi beşinci nəsil radar qırıcılarının standartlarına tam uyğun gəlmir. Bu, Koreya qırıcısının oxşar nümunələri ABŞ istehsalı F-15E / EX Strike Eagle, Çin istehsalı Chengdu J-10C və Rusiya istehsalı Sukhoi Su-35-dir.

M.Arif