Xəbər lenti

Sağlamlıq 21:31 10.04.2024

Çili sahillərində naməlum canlı növləri aşkar edildi (VİDEO)

Çili sahillərində Sakit Okeanın ekstremal dərinliklərində yeni canlı məxluq növləri tapılıb. 

Qaynarinfo xəbər verir ki, Şmidt Okeanoqrafiya İnstitutunun Falkor tədqiqat gəmisinin göyərtəsində olan elm adamları dəniz dibinin biotoplarını öyrənmək üçün 1524 metrdən çox dərinliyə robotlaşdırılmış sualtı qurğu göndəriblər. 

Alimlərin fikrincə, nəticədə elm üçün yeni olan yüzdən çox heyrətamiz növ müəyyən edilib və lentə alınıb. Beləliklə, elm adamları canlı bürclərə bənzəyən varlıqları, çox uzun ayaqları onurğalı qırmızı xərçəngkimiləri, həmçinin bioluminesans qabiliyyətinə malik bir çox dəniz sakinlərini kəşf ediblər.

Təhlükəli ifadəsi və parlaq yemi ilə tanınan dərin dəniz balıqlarının yeni növü kəşf edilib. Yeni növlər dəyişdirilmiş üzgəclər sayəsində dəniz dibində də gəzə bilir. Bu, Sakit Okeanın cənub-şərqində balıqların bu növünün ilk elmi müşahidəsidir.

Ekspedisiya üzvləri dənizin dərinliklərinin daha da öyrənilməsinin zəruri olduğunu vurğulayıblar.

Çilidəki Universidad Katolika del Nortenin dəniz bioloqu və ekspedisiyanın baş alimi Xavyer Sellanesin dediyinə görə, belə tədqiqatlar dünya okeanlarının ən ucqar və az öyrənilmiş guşələrində belə bəşəriyyətin xəbərsiz olduğu çoxlu həyat olduğunu təsdiqləyir. 

Sellanes qeyd edib ki, yeni növlər haqqında məlumat təkcə okeanların biomüxtəlifliyi haqqında elmi biliklərin sərhədlərini genişləndirmir, həm də bu az öyrənilmiş və kövrək ekosistemlərin qorunması ilə bağlı suallar yaradır. Onlar kommersiya balıq ovu və mədənçilik də daxil olmaqla insan fəaliyyəti ilə təhdid edilə bilər.

Aydın


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?