Xəbər lenti

Dünya 15:05 17.10.2023

Co Bayden sabah Yaxın Şərqə səfər edəcək: 4 ölkə lideriylə görüş...

ABŞ prezidenti Co Bayden Yaxın Şərqə səfəri zamanı İsrail, İordaniya, Misir və Fələstinə səfər edəcək. 

Qaynarinfo xəbər verir ki, bu barədə Washington Post məlumat yayıb

Nəşrin yazdığına görə, Bayden burada İordaniya kralı ikinci Abdulla, Misir prezidenti Abdel Fatah Sisi və Fələstin administrasiyasının rəhbəri Mahmud Abbasla Qəzzada humanitar böhranı müzakirə edəcək. 

Ağ Ev Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi bildirib ki, ABŞ prezidentinin səfəri zamanı Bayden girovların vəziyyəti ilə bağlı mümkün qədər çox məlumat əldə etməyə çalışacaq. Vaşinqton həmçinin Qəzzaya humanitar yardım axınının başlamasını istəyir. 

İki ABŞ rəsmisi bildirib ki, İsrailin baş naziri Benyamin Netanyahunun Baydenin səfərini elan etməzdən əvvəl humanitar məsələlərlə bağlı öhdəlik götürməsi gözlənilirdi. ABŞ və İsrail rəsmiləri Tel-Əvivdə 7,5 saat ərzində bu məsələləri müzakirə ediblər.

Qeyd edək ki, ABŞ Dövlət Katibi Entoni Blinkenin sözlərinə görə, Co Bayden İsrailə 18 oktyabrda səfər edəcək.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->