Xəbər lenti

DÇ-2026: Daha 4 oyun baş tutdu
İdman 10:06 21.06.2026

DÇ-2026: Daha 4 oyun baş tutdu

Futbol üzrə dünya çempionatı davam edir. Ötən axşam turnirin daha 4 oyunu baş tutub.
 
Qaynarinfo xəbər verir ki, Niderland İsveçlə qarşılaşıb. Hyuston stadionunda keçirilən F qrupunun II turunun matçında Niderland millisi böyük hesabla qələbə qazanıb - 5:1.

Niderland millisinin heyətində Brayan Brobbi (5, 17) və Kodi Qakpo (47, 54) dubla imza atıblar. Daha bir qolu isə Krisensio Sammervill 89-cu dəqiqədə rəqib qapısından keçirib. İsveç yığmasının yeganə qolunu 59-cu dəqiqədə Entoni Elanqa vurub.

Beləliklə, Niderland 4 xalla ilk pilləyə yüksəlib.
 
Almaniya Fildişi Sahili millisi üzərində qələbə qazanıb. Toronto stadionunda keçirilən E qrupunun II turunun matçında avropalılar 2:1 hesabı ilə qalib gəliblər.

Hesabı afrikalılardan Frans Kessi (30) açıb. Bundestimin heyətində isə Deniz Undav (68, 90+4) dubl müəllifi olub.
 
Ekvador Kurasao millisi ilə qarşılaşıb. Kanzas Siti stadionunda keçirilən E qrupunun II turunun matçında hesab açılmayıb - 0:0.
 
Tunis isə Yaponiya ilə qarşılaşıb. Monterrey stadionunda keçirilən F qrupunun II turunun matçında asiyalılar 4:0 hesablı qələbəyə seviniblər.

Qolları Daiti Kamada (4) Ayase Ueda (31, 83) və Cunya İto (69) vurublar.
--> -->