Xəbər lenti

Ekspert:
Texnologiya 10:47 13.03.2026

Ekspert: "Bu, cəmiyyətdə ciddi rəqəmsal terror vasitəsinə çevrilib"

"Süni intellekt vasitəsilə şəxsin razılığı olmadan seksual və ya pornoqrafik məzmunlu materialların ("deepfake") hazırlanması və yayılması fərdin ləyaqətinə qarşı ağır cinayət olmaqla yanaşı, cəmiyyətdə ciddi rəqəmsal terror vasitəsinə çevrilib. Bu əməllərə görə 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzasının nəzərdə tutulması qanunvericinin məsələyə olan münasibətinin ciddiliyini göstərir və bu növ özbaşnalıqların qarşısını almaq üçün ən güclü çəkindirici mexanizmdir". 

Bunu Qaynarinfo-ya açıqlamasında kibertəhlükəsizlik üzrə ekspert Elvin Abbasov deyib. 
 


Onun sözlərinə görə, bu, sadəcə bir texnoloji sui-istifadə deyil, insan həyatını və nüfuzunu birbaşa hədəf alan cinayətkar əməldir. Evin Abbasov təklif edib ki, bu cəzaların effektiv tətbiqi üçün cinayət-prosessual tərəfdə güclü bir rəqəmsal ekspertiza bazası yaradılmalıdır: 

"İnternet məkanında anonimlik və xarici platformalardan istifadə bu növ materialların mənbəyini tapmağı çətinləşdirdiyi üçün hüquq-mühafizə orqanlarının texniki imkanları qanunvericiliyin sərtliyi ilə eyni səviyyədə inkişaf etdirilməlidir. Cəzaların 7 ilə qədər yüksəldilməsi dövlətin rəqəmsal zorakılığa qarşı sıfır tolerantlıq nümayiş etdirdiyini təsdiqləyir". Evin Abbasov hesab edir ki, bu, vətəndaşların rəqəmsal mühitdəki təhlükəsizliyi üçün mühüm zəmanətdir.

Bahar Rüstəmli
--> -->