Dünya 18:31 14.03.2023

İran məktəblərində şagirdləri kim zəhərləyir? - Xameneyi Rəisini təkzib etdi

İranda qızların oxuduğu məktəblərdə bu günə qədər 13 min nəfər zəhərlənib.

Qaynarinfo xəbər verir ki, bu barədə İranın səhiyyə naziri Səid Kərimi bildirib. Onun sözlərinə görə, indiyə qədər 13 min şagird zəhərlənmədən müalicə olunub. 

Bu proses ötən ilin dekabrından başlayıb. Məktəblərdə zəhərlənmə halları ilə bağlı müxtəlif iddialar səsləndirilir. İranlı fəallar bunu təhlükəsizlik qüvvələrinin işi hesab edir. 

Hakimiyyət isə prezident İbrahim Rəisinin timsalında baş verənləri "xarici qüvvələr”lə əlaqələndirib. Rəisi zəhərlənmə olayını "düşəmənin yeni qəsdi” adlandırıb.

İran prezidentinin sözlərinə görə, məktəblərdə şagirdlərin zəhərlənməsi "cəmiyyətdə narazılığı alovlandırmaq” və "ictimai fikri çaşdırmaq” məqsədi daşıyır. 

Lakin maraqlıdır ki, İranın ali rəhbəri Seyid Əli Xameneyi bu məsələdən danışarkən "xarici düşmən” ifadəsi işlətməyib. O, çıxışında bildirib ki, baş verənlərdə kimin təqsiri varsa, müəyyən edilib sərt şəkildə cəzalandırılmalıdır.  

Xameneyinin məsələyə bu sayaq münasibəti təəccüb doğurub. Adətən o, bu tip məsələləri "xarici düşmənlərlə” əlaqələndirib. Digər tərəfdən, Xameneyi bu fikirləri ilə faktiki olaraq Rəisini təkzib edib. Bu isə zəhərlənmə olayında hökumət qüvvələrinin mübhəm rolunun olmasına dair şübhələri artırır. 

İranın ali rəhbərinin bu fikirlərindən bir gün sonra dövlət qurumları hərəkətə keçərək, bu işdə bəzi təqsirkarların müəyyənləşdirildiyini bəyan etdilər. 

İranın daxili işlər nazirinin müavini Məcid Mirəhmədi yerli mediaya açıqlamasında bildirib ki, ölkənin beş əyalətində "təxribat xarakterli maddələrin hazırlanması və tələbələr arasında yayılması” ilə bağlı "bəzi şəxslər” həbs edilib. O, həbs olunanların sayını açıqlamayıb. 

4 ay ərzində müvafiq qurumların heç bir addım atmaması, Xameneyinin açıqlamasından sonra həbslərin həyata keçirilməsi də zəhərlənmə olayının "xarici düşmənlər”in işi olmadığı barədə qənaəti möhkəmləndirir. 

Seyid