Xəbər lenti

Dünya 17:07 06.04.2024

İranda Ramazan bayramında terror planlayan İŞİD-çilər tutuldu

İranda aprelin 10-da - Ramazan bayramı zamanı terror aktları planlaşdıran İŞİD terror təşkilatının üç üzvü saxlanılıb, 

Qaynarinfo İSNA agentliyinə istinadən xəbər verir ki, bu barədə İran polisi məlumat verib.

Məlumata görə, onlar kamikadzelərin köməyi ilə partlayışlar planlaşdırıblar və Tehran yaxınlığındakı Məşhəd şəhərində tutulublar. İran polisinin sözçüsü Səid Montazer əl-Mehdinin sözlərinə görə, saxlanılanlar arasında İŞİD-in yüksək rütbəli üzvü Məhəmməd Zakerə də var.

Polis həmçinin terrorçuların 8 tərəfdaşını saxlayıb.

Ramazan bayramı müsəlmanların əsas bayramlarından biridir və Ramazan ayı ərzində davam edən orucun bitməsini qeyd edir. 2024-cü ildə aprelin 10-na təsadüf edir.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->