Xəbər lenti

Dünya 16:17 04.01.2024

Kanada Britaniya kralına çoxəsrlik and içmək ənənəsini ləğv edir

Kanada parlamentinə Britaniya monarxına parlamentin çoxəsrlik and içmək ənənəsini ləğv edən qanun layihəsi təqdim edilib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "CBC News" yazıb.

Qanun layihəsini hakim Liberal Partiyasının üzvü Rene Arsenault təqdim edib. Bu, qanunvericilərin "Kanadanın maraqlarına uyğun olaraq, onun Konstitusiyasına hörmət etməklə" vəzifələrini yerinə yetirmək üçün and içmələrini şərtləndirir.

Bu gün Kanada Konstitusiyasının 128-ci maddəsi seçilmiş və ya təyin edilmiş hər bir parlamentaridən hakimiyyətdə olan monarxa "sadiq qalacağına" and içməyi tələb edir.

"Kanadanın təsis sənədinə əsasən, parlament üzvü suverenitə and içməyincə, qanuni olaraq parlamentdəki yerini tuta bilməz", deyə "CBC News" yazır.

Materialda qeyd edilir ki, Kanadanın baş naziri Castin Trüdo dəfələrlə hazırda Kanadada monarxiyanın rolunu müzakirə etməyin vaxtı olmadığını deyib. O, həmçinin Britaniyanın hazırkı kralı III Çarlzın Kanada dəyərlərinə sadiqliyini yüksək qiymətləndirib.

Ölkənin Ədliyyə Nazirliyi qeyd edib ki, deputatın qanun layihəsi müzakirəyə çıxarıldıqdan sonra onun haqqında geniş məlumat verə biləcəklər. Bu, parlament yanvarın sonunda qayıdanda baş verməlidir.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->