Xəbər lenti

WSJ: Kamala Harrisin əri onun prezident seçkilərində iştirakının əleyhinədir
Dünya17:53 11.10.2026

WSJ: Kamala Harrisin əri onun prezident seçkilərində iştirakının əleyhinədir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ-ın keçmiş vitse-prezidenti Kamala Harrisin əri özəl söhbətlərdə onun 2028-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürməsinin əleyhinə çıxış edir.

Qaynarinfo xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) məlumat yayıb.

Kamala Harrisin özü hələlik Ağ Ev uğrunda mübarizəyə qatılmaq niyyətində olduğunu açıqlamayıb. WSJ-nin yazdığına görə, bu barədə qərar hələ qəbul edilməyib. Harris bu ilin noyabrında keçiriləcək aralıq seçkilərə maksimum diqqət yetirmək istəyir.

Qəzetin məlumatına görə, Demokratlar Partiyasının bir çox maliyyə dəstəkçisi də Harrisin mümkün namizədliyinin əleyhinədir. Onlar onun namizədliyini birmənalı qarşılanmayan seçim hesab edirlər.

Harris 2024-cü il prezident seçkilərində ilkin seçkilər mərhələsindən keçmədən Demokratlar Partiyasının namizədi olmuşdu. Buna səbəb həmin vaxt ABŞ prezidenti vəzifəsini tutan Co Baydenin namizədliyini geri götürməsi idi.

Qəzet qeyd edir ki, Harrisin seçkilərdə məğlubiyyəti Demokratlar Partiyasında uzun müddət davam edən qarşılıqlı ittihamlar və uğursuzluğun səbəblərinin axtarışı prosesinin başlanmasına gətirib çıxarıb.

Harrisin yaxın çevrəsindən olan şəxslər də daxil olmaqla, bir çox demokrat hesab edir ki, partiyaya namizəd qismində yeni sima lazımdır. Bu isə o deməkdir ki, 2024-cü ildə partiyanın Harrisin namizədliyi ətrafında birləşməsindən fərqli olaraq, onun yenidən namizədliyini irəli sürməsi partiyadaxili ciddi rəqabətlə müşayiət oluna bilər.

Kamala Harrisin nümayəndələri məsələ ilə bağlı şərh verməkdən imtina ediblər.

Aydın