Xəbər lenti

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəldi (FOTO)
Siyasət17:24 11.10.2026

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəldi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Oktyabrın 11-də Kamboca Krallığının Baş naziri Hun Manet Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Qaynarinfo xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Kamboca Krallığının Baş naziri Hun Maneti və xanımı Piç Çanmonini Azərbaycan Respublikasının Baş nazirinin müavini Samir Şərifov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.