Xəbər lenti

Sənədsiz evlərə necə çıxarış almaq olar? (VİDEO)
Ölkə22:40 11.10.2026

Sənədsiz evlərə necə çıxarış almaq olar? (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qeyri-rəsmi məlumata görə, təkcə Bakı və Abşeronda çıxarışsız evlərin və digər daşınmaz əmlakların sayı 500 minə yaxındır. Belə əmlakların sənədləşdirilməsi problemi hələ də qalır. İllərlə yaşadığı evə çıxarış ala bilməyən vətəndaşlar var.

Qaynarinfo Xezerxeber.az-a istindən xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyir ki, səbəblərdən biri vaxtilə verilən sənədlərin arxivdə təsdiqini tapmamasıdır.

Ekspertin sözlərinə görə, çıxarışın olmaması bütün evlərin sənədləşdirilməsinin mümkünsüz olduğu demək deyil. Köhnə texniki pasport, digər sənədlər müəyyən şərtlərlə qeydiyyat üçün əsas ola bilər. Ancaq sənədin nə vaxt və hansı qurum tərəfindən verildiyi, tələb olunan hallarda arxivdə əsasının olub-olmadığı da yoxlanılmalıdır.

Ekspert bildirib ki, vətəndaş əlindəki sənədlərlə əmlakın qeydiyyatını aparan quruma rəsmi müraciət etməlidir.

Amma ünvan qeydiyyatı və kommunal xidmətlərin şəxsin adına olması təkbaşına mülkiyyət hüququ yaratmır. İmtina ilə razılaşmayan vətəndaş məhkəməyə müraciət edə bilər.